Türkiyə Xarici İşlər Nazirliyi Avropa hakimiyyətinin PKK terror təşkilatının tərəfdarlarının Avropa Parlamentinin binasında aksiya keçirməsinə icazə verməsini pisləyib.
“Terefsiz.az”ın məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
“PKK/PYD/YPG terror təşkilatının rəhbər və tərəfdarlarının Avropa Parlamentinin binasında dövlətimizə qarşı yönəlmiş hərəkətini şiddətlə qınayırıq. Avrop İttifaqının siyahısında olan terror təşkilatının təbliğatına xidmət edən bu cür fəaliyyətə yol verilməməlidir”-deyə, məlumatda vurğulanıb.
Qeyd olunub ki, bu vəziyyət bir daha Avropa Parlamentinin terrorla mübarizədə ikiüzlülüyünə və qeyri-səmimiliyinə dəlalət edir və Aİ-nin beynəlxalq öhdəliklərinə ziddir.
“Beynəlxalq təhlükəsizliyə təhdid yaradan terrorizmlə mübarizəmizə Aİ institutları və dövlətlərindən dəstək gözləyirik”.