Türkiyədə baş verən güclü zəlzələlər – SİYAHI

0
160

Dünən axşam saatlarında Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən 6,8 bal gücündə olan zəlzələ nəticəsində 20-dən çox insan həlak olub.

Terefsiz.az xəbər verir ki, “Hürriyət” qəzeti Türkiyə tarixində baş verən ən güclü zəlzələlərin siyahısını yayımlayıb:

İstanbul, 1509-cu il

Mərmərə dənizində Osmanlı imperiyası vaxtı 40 gün boyunca ard-arda zəlzələlər baş verib və bunlardan ən güclüsü “kiçik qiyamət” adını alan maqnitudası 7,2 bal olan zəlzələdir. Bu təbiət hadisəsi vaxtı 130 min nəfər ölüb, mindən çox ev dağılıb.

Ərzincan, 1939-cu il

Ərzincanda 1939-cu il dekabrın 27-də baş verən 7,9 bal gücündə zəlzələ nəticəsində 33 min insan ölüb, 100 min nəfər isə yaralanıb. Ümumilikdə, 116 mindən çox ev dağılıb.

Erbaa, 1942-ci il

1942-ci ildə Tokatın Erbaa rayonunda baş verən və maqnitudası 7 bal olan zəlzələ zamanı üç min nəfər həyatını itirib.

Ladik, 1943-cü il

Samsunun Ladik rayonunda 1943-cü il noyarbın 26-da qeydə alınan 7,6 bal gücündə zəlzələ nəticəsində burada yerləşən tikililərin 75 faizi dağılıb, 2300 insan ölüb, beş min nəfər isə yaralanıb.

Vatro, 1966-cı il 

Muşun Vatro rayonunda 1966-cı ildə iki güclü zəlzələ olub. Birinci zəlzələ martın 7-də qeydə alınıb və bu zaman 14 nəfər ölüb, 75 nəfər yaralanıb. Avqustun 19-da baş verən zəlzələ nəticəsində isə 2400 nəfər ölüb, 1500 insan yaralanıb.

Muradiyə, 1976-cı il

Vanın Muradiyə rayonunda 1976-cı il 24 noyabrda qeydə alınan 7,5 bal gücündə zəlzələ nəticəsində 10 min tikili zərər görüb, 3840 nəfər ölüb, 500 insan yaralanıb. Ölənlərin çoxu dağıntılar altında qalaraq, temperaturun mənfi 17 dərəcəyə düşməsi nəticəsində həyatlarını itiriblər.

Gölcük, 1999-cu il

Kocaelinin Gölcük rayonunda 1999-cu ildə 7,4 bal gücündə zəlzələ baş verib. Kocaeli başda olmaqla Yalova, Sakarya, İstanbul, Bursa, Bolu, Zonguldak və Eskeşehirdə ümumilikdə 18 min insan ölüb, 20 mindən çoxu yaralanıb.

Düzcə, 1999-cu il

Düzcədə 1999-cu il noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib. 30 saniyə davam edən yeraltı təkanlar zamanı 710 nəfər ölüb, 2678 insan yaralanıb.

Van, 2011-ci il

Vanın Tabanlı rayonunda 2011-ci il 23 oktyabrda baş verən 7,2 bal, Edremitdə noyabrın 9-da qeydə alınan 5,6 bal gücündə iki güclü zəlzələ nəticəsində 644 nəfər ölüb, 1966 insan yaralanıb.