Türkiyədə koronavirus müalicəsi tamamilə pulsuz oldu

0
116

Türkiyədə koronavirusa yoluxan bütün vətəndaşlar pulsuz müalicə ediləcək.

Bu barədə “Resmi Gazete” məlumat yayıb.

Qərara əsasən, bundan sonra xəstəxanaya yerləşdirilən şəxslərin sosial sığortasının olub-olmadığına baxılmayacaq.

Qeyd edək ki, bu günə qədər Türkiyədə koronavirusa 61049 yoluxma faktı qeydə alınıb.

Virusdan ölənlər 1296, sağalanlar isə 3957 nəfərdir.