Türkiyədə mədəndə partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb

0
110

Türkiyənin Bartın vilayətində yerləşən mədəndə baş verən partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə “Terefsiz.az” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda xəstəxanada 9 nəfərin müalicəsi davam edir. Onlardan 5-nin vəziyyəti ağırdır. Partlayışdan sonra mədəndən 58 işçi xilas edilib. Hadisə zamanı həyatını itirənlərin sayı 41 nəfərdir.

Qeyd edək ki, hadisə oktyabrın 14-də baş verib.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli ərazidə yerləşib.

Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır.

terefsiz.az