Türkiyədə “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi müəyyənləşib

0
64

Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.

“Terefsiz.az” xəbər verir ki, parlament respublikası sisteminə keçidi vəd edən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası Millət koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə namizədini açıqlayıb.

Saat 14.00-da başlaması planlaşdırılan “Millət” koalisiyasının liderlərinin toplantısı Meral Akşenerin qərarını gözlədiyi üçün təxminən 2 saat ertələnib.

Millət koalisiyası Səadət Partiyasının mərkəzi binası qarşısında edilən açıqlama ilə prezidentliyə namizədini elan etmiş olub. Beləliklə, müxalifətin seçkilərdəki vahid namizədi Kemal Kılıçdaroğlu olub.

terefsiz.az