Türkiyədə Prezident seçkisinin tarixi dəyişdirilə bilər

0
73

Türkiyədə Prezident seçkisinin tarixi dəyişdirilə bilər.

“Terefsiz.az”ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında partiyanın rayon təşkilatlarının genişləndirilmiş iclasında bildirib.

Ərdoğan deyib ki, seçkinin vaxtının bir qədər irəli çəkilməsi ehtimalı var.

Qeyd edək ki, AK Partiya ilə Millətçi Hərəkat Partiyası (MHP) arasında mövcud olan “Cümhur ittifaqı”nın liderləri Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında keçən il dekabrın 30-da keçirilmiş görüşdə Prezident seçkiləri tarixinin 9 və ya 30 aprel, həmçinin 14 mayda keçirilməsinin mümkün ola biləcəyi müzakirə edilmişdi.
Hələ keçən ilin avqustunda isə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Türkiyədə Prezident seçkisinin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlamışdı.

terefsiz.az