Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub.
“Terefsiz.az” “Haber Global”a istinadən xəbər verir ki, hücum zamanı iki polis əməkdaşı yaralanıb.
Məlumata görə, naməlum şəxslər avtomobillə polis şöbəsinə yaxınlaşaraq, asayiş keşikçilərinə odlu silahlardan atəş açıblar.
Polis silahlılara cavab atəşi açıb. Bu zaman cinayətkarların olduğu avtomobildə yanğın baş verib.
Hadisə yerinə əlavə olaraq polis əməkdaşları, təcili yardım və yanğınsöndürənlər cəlb olunub.
Hazırda silahlıların axtarışı davam edir.
Türkiyənin Daxili İşlər Nazirliyi hücumun yerli vaxtla saat 23:00 radələrində baş verdiyini bildirib. Qeyd edilir ki, silahılar tərəfindən əraziyə partladıcı qurğu qoyulub. Bomba polis şöbəsindən kənarda partladılaraq zərərsizləşdirilib.