Türkiyənin məşhur aktyoru və müğənnisi Bakıya gəlib.
Terefsiz.az xəbər verir ki, ekran işində “Komutan” Murat Serezli və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın “Mürsel Kara”sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar.
Rejissor Kənan M.M.-in bələdçiliyi ilə teatra gələn qonaqları qurumun direktor müavini Hüseyn Hüseynov qəbul edib. Türkiyəli qonaqlar Akademik Musiqili Teatrı gəziblər.
Onlar həmçinin “Buratino” (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov) tamaşasına da baxıblar.
İstinad: Axşam.az
Terefsiz.az