Türkiyə gözlənilən həmləsini gerçəkləşdirdi – Döyüş təyyarələrini ABŞ, Rusiya və Çinə qarşı…

0
189

Ruisyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə F-35 proqramından çıxarılmaqla hədələnən Türkiyə beşinci nəsil döyüş təyyarələri üçün alternativlər axtarışına çıxıb.

Terefsiz.az xəbər verir ki, bu çərçivədə TFX yerli döyüş təyyarələrinin istehal prosesi sürətləndirilir.

F-35 təyyarələri üçün müxtəlif avdanlıqlar istehsal edən türk firmaları təcrübələrini TFX layihəsinə də istiqamətləndirəcək.

Təyyarənin ilk uçuşu 2025-ci ilə planlaşdırılıb. 2028-ci ildə isə ordunun xidmətinə veriləcək.

Lakin müdafiə sənayesindən mənbələr Türkiyənin F-35 proqramından tamamilə çıxarılma ehtimalına qarşı TFX-in daha tez bir zamanda havaya qalxacağını ifadə edir.

Ankara, əlavə olaraq, F-16 və F-4 təyyarələrinin müasirləşdirilməsi ilə ömrünü uzatmağa çalışır.

TFX Avropanın ən yaxşı döyüş təyyarələri sırasına daxil olacaq və mərhələli şəkildə F-16 təyyarələrini əvəz edəcək. Türkiyə ABŞ, Rusiya və Çindən sonra beşinci nəsil döyüş təyyarəsi istehsal edən infrastruktur və texnologiyaya sahib ölkələr arasında yerini alacaq.

İkimühərrikli, radarlara qarşı həssas olmayan TFX gövdəiçi silahdaşıma xüsusiyuyəti, müasir uçuş və atış sistemləri, ikifunksiyalı radar və elektronik hərb qabiliyyəti ilə sinfinin öndəgedən nümunələrindən olacaq.

İstinad: Publika.az

Terefsiz.az