Türkiyə İsveçdən terrorçuların tərəfdarlarına qarşı tədbir görülməsini tələb edib

0
106

Rəsmi Ankara İsveçin səlahiyyətli şəxslərindən PKK/YPG tərəfdarlarının aksiyasının təşkilatçılarının aşkarlanması və onlara qarşı ədalətli, qanuni tədbir görülməsini tələb edib.

“Terefsiz.az” xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsveçin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilinə qarşı belə bir tələb irəli sürüb. Diplomata PKK/YPG terror təşkilatlarının fəaliyyəti ilə bağlı kəskin etiraz ifadə olunub.

Türkiyə PKK/YPG terror təşkilatı tərəfdarlarının iyulun 21-də İsveçin Göteborg şəhərində həyata keçirdiyi aksiya ilə bağlı izahat istəyib. Rəsmi Ankara İsveçin səlahiyyətli tərəflərindən bu terror aksiyasının təşkilatçılarının aşkar edilməsi, onlara qarşı ədalətli və qanuni tədbir görülməsini tələb edib.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Türkiyədən asılıdır. Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 18-də bildirib ki, Türkiyənin şərtləri yerinə yetirilmədiyi təqdirdə, proses dondurulacaq. “İsveçin sağlam mövqedə olmadığını görürük. Türkiyənin mövqeyi qətidir”, – Türkiyə Prezidenti deyib.

Daha əvvəl İsveçin Baş naziri isə Türkiyə qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl olunacağını vəd edib.

terefsiz.az