Türkiyənin Bakıdakı səfirliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, – təbrikdə deyilir.
TEREFSİZ.AZ