Türkiyə sərhədində DƏHŞƏT – Xeyli sayda ÖLÜ VƏ YARALI VAR

0
121

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras-əl-Ayn şəhərində dəhşətli terror aktı törədilib.

Terefsiz.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 8 nəfər həlak olub, 10-dan artıq insan xəsarət alıb.

Bildirilir ki, partlayış yerli bazarın yaxınlığında olub. Məlumata görə, bazarın yaxınlığında partladıcı maddələrlə doldu avtomobil partladılıb.

Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı terrorçulardan azad edilib.