Türkiyə XİN PKK tərəfdarlarının Avropa Parlamentində mitinq keçirməsinə icazə verilməsini pisləyib

0
83

Türkiyə Xarici İşlər Nazirliyi Avropa hakimiyyətinin PKK terror təşkilatının tərəfdarlarının Avropa Parlamentinin binasında aksiya keçirməsinə icazə verməsini pisləyib.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

“PKK/PYD/YPG terror təşkilatının rəhbər və tərəfdarlarının Avropa Parlamentinin binasında dövlətimizə qarşı yönəlmiş hərəkətini şiddətlə qınayırıq. Avrop İttifaqının siyahısında olan terror təşkilatının təbliğatına xidmət edən bu cür fəaliyyətə yol verilməməlidir”-deyə, məlumatda vurğulanıb.

Qeyd olunub ki, bu vəziyyət bir daha Avropa Parlamentinin terrorla mübarizədə ikiüzlülüyünə və qeyri-səmimiliyinə dəlalət edir və Aİ-nin beynəlxalq öhdəliklərinə ziddir.

“Beynəlxalq təhlükəsizliyə təhdid yaradan terrorizmlə mübarizəmizə Aİ institutları və dövlətlərindən dəstək gözləyirik”.

terefsiz.az