Türkiyədə daha bir təbii qaz yatağı kəşf olunub

0
96

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

“Terefsiz.az”, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə “Fatih” qazma gəmisi “Caycuma-1” sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib.

Türkiyə Prezidenti ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini və 1 trilyon dollar dəyərində olduğunu vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.

terefsiz.az