Türkiyəli deputat zəlzələ nəticəsində həlak olub

0
63

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.

“Teefsiz.az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun meyidi dağıntılar altından çıxarılıb.

Məlumata görə, Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm, eyni zamanda zəlzələnin dağıntıya məruz qoyduğu 10 vilayətdə üç ay müddətində qüvvədə olacaq fövqəladə vəziyyət elan edib.

terefsiz.az