PSG Fransa Liqa 1-in 28-ci turundan təxirə salınmış oyunda Nantes-a məğlub olub.
Terefsiz.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Tomas Tuxel, 2:3 hesabıyla uduzduqları oyundan sonra fikirlərini bildirib:
“PSG formasıyla belə mübarizə apardığımız üçün üzr istəməliyik. Bu nəticəyə layiq idik. Son dönəmlərdə komandada nələr baş verdiyini başa düşmürəm. Fransa kubokunun final matçına qədər komandanın hazırlığının necə olacağını bilmirəm”.
PSG aprelin 27-də Fransa kubokunun finalında Rennes-lə qarşılaşacaq.
Terefsiz.az