Tvitter İlon Maskı məhkəməyə verəcək

0
236

Tvitter şirkəti amerikalı milyarder İlon Maskı alqı-satqı müqaviləsini ləğv etdiyi üçün məhkəməyə verəcək.

“Terefsiz.az” xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının rəhbəri Bret Teylor tvitter hesabında məlumat verib.

O, Tvitter şirkətinin İlon Mask ilə imzalanmış razılaşmanın şərtlərinin yerinə yetirilməsinə sadiq olduğunu və müqavilənin icrası üçün məhkəməyə müraciət etməyi planlaşdırdığını vurğulayıb.

B.Teylor şirkətin məhkəmədə qalib gələcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, İlon Mask Tvitter şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib.

terefsiz.az