TƏBİB Biləsuvardakı partlayışda yaralananların vəziyyətini açıqlayıb

0
4547

Biləsuvar şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi – 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla – 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə  TƏBİB məlumat yayıb.

Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

terefsiz.az