UEFA Çempionlar Liqasında qrup mərhələsi ləğv edildi

0
107

UEFA 2024-cü ildə start götürəcək Çempionlar Liqasında islahat edib.

Terefsiz.az Almaniyanın “Doyçe Velle” nəşrinə istinadən xəbər verir ki, bu gün keçirilən UEFA-nın İcraiyyə Komitəsinin iclasından sonra 32 komanda əvəzinə 36 klubun turnirdə yarışacağı bəlli olub. 2024/2025 mövsümündən etibarən Çempionlar Liqasına düşməyən elit klublara (bu turnirdə ciddi uğurları olanlar) lisenziya veriləcək.

Yeni format qruplarla yox, bir liqa formasında keçiriləcək. Bütün klublar 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşacaq və ilk səkkiz yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər səkkiz vəsiqə uğrunda 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Bütün klublara gəlirlərin artırılacağı zəmanəti verilir.

Xatırladaq ki, dünən Avropanın 12 top-klubu rəsmi şəkildə Avropa Super Liqası yaratdıqlarını elan ediblər.

Yenilənmiş: UEFA, ayrılan Avropa Super Liqasının təhdidinə yekdilliklə 36 komandadan ibarət olan yenilənmiş UEFA Çempionlar Liqası formatına sanksiya vermək üçün səs verdi.