Avqustun 5-də UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Terefsiz.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 14.00-da başlanacaq püşkatmada ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL – “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək.
Öncədən məlumat verildiyi kimi, bu cütlük səpələnməmişlər səbətində yer alacaq və rəqibi səpələnmişlər səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:
PAOK (Yunanıstan) – «Ayaks» (Hollandiya)
ÇFR (Rumıniya) – «Seltik» (Şotlandiya)
«Srvena zvezda» (Serbiya) – «Kopenhagen» (Danimarka)
«Dinamo» (Xorvatiya) – «Ferensvaroş» (Macarıstan)
APOEL – “Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:
«Sutyeska» (Çernoqoriya) – «Linfild» (Şimali İrlandiya)
«Ludoqorets» (Bolqarıstan) – TNS (Uels)
«Sarayevo» (Bosniya və Herseqovina) – BATE (Belarus)
«Astana» (Qazaxıstan) – «Valletta» (Malta)
«Slovan» (Slovakiya) – «Dandolk» (İrlandiya)
Avroliqadakı digər təmsilçimiz “Neftçi” isə İsrailin “Bney Yehuda” komandasını keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq və “səpələnmişlər”dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:
«Antverpen» (Belçika) – «Viktoriya» (Çexiya)
«Brondbü» (Danimarka) – «Braqa» (Portuqaliya)
«Vaduts» (Lixtenşteyn) – «Ayntraxt» (Almaniya)
«Malmö» (İsveç) – «Jrinski» (Bosniya və Herseqovina)
«Partizan» (Serbiya) – «Malatyaspor» (Türkiyə)
Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-i, Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.
TErefsiz.az