Ukrayna azad olunan ərazilərin nisbətini açıqlayıb

0
62

“Terefsiz.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilin yekunlarına dair teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən bəri işğal olunmuş ərazilərin 40 %-ni və ya 40 min kvadratkilometr ərazini azad edib. Bu, Krım da daxil olmaqla, Rusiya qüvvələrinin işğal etdiyi bütün ərazilərin 28 %-ni təşkil edir.

V. Zalujnı vurğulayıb ki, Ukrayna Ordusu 1 500 km-lik aktiv cəbhə xətti də daxil olmaqla 3 786 kilometrlik quruda düşmənin qarşısını alır. Bundan başqa, 2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələri 100 mindən çox Rusiya hərbçisini, 3 min tankı, 6 min zirehli texnikasını, 2 min artilleriya sistemini, 420 reaktiv yaylım atəş sistemini, 300-ə yaxın döyüş təyyarəsini və 270 helikopteri məhv edib.

Eyni zamanda, Ukrayna hərbçilərinin təlimi 17 Avropa ölkəsinin ərazisində həyata keçirilir. Ukraynanın Qərb müttəfiqlərinin dəstəyi sayəsində 20 min hərbçi təlimdən keçib.

Həmçinin döyüş bölgələrindən 600 mindən çox insan təxliyə edilib, mindən çox ağır yaralı müalicə olunmaq üçün Qərb ölkələrinə göndərilib.

O qeyd edib ki, 29 min ukraynalı hərbçi dövlət mükafatı alıb, 160 nəfər Ukrayna Qəhrəmanı adına layiq görülüb.

terefsiz.az