Ukrayna DİN: “Krım körpüsünün partladılması Rusiyanın yarımadaya silah təminatını çətinləşdirəcək”

0
76

“Krım körpüsünün dağıdılması Rusiyadan yarımadaya lazım olan hər şeyin, o cümlədən silahların çatdırılmasını çətinləşdirəcək”.

“Terefsiz.az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna daxil işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

O söyləyib ki, bu, Kiyev üçün böyük dividentdir: “Krım körpüsü Rusiyanı Krım və Xersonla birləşdirirdi”.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

terefsiz.az