Ukrayna DİN müharibədə həlak olan dinc sakinlərin sayını açıqlayıb

0
61

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb.

“Terefsiz.az” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.

“Milli Polisin məlumatına görə, 9 400-dən çox dinc sakin ölüb, 6 800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 461 uşaq ölüb”, – o deyib.

Yenin əlavə edib ki, düşmən kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Səkkiz rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi dayandırılıb.

terefsiz.az