Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsi Rusiya hərbçilərindən azad edilib.
“Terefsiz.az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Şərq qrupları qoşununun nümayəndəsi Sergey Çerevat məlumat verib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.