Ukrayna seçməsi dünya çempionu oldu

0
186

Ukraynanın futbol üzrə U-20 milli komandası tarixində ilk dəfə gənclər arasında dünya çempionu olub.

Terefsiz.az saytı xəbər verir ki, finalda Ukrayna və Cənubi Koreya seçmələri qarşılaşıblar. Oyun 3:1 hesabı ilə ukraynalıların xeyrinə başa çatıb.

Görüş Polşanın Lodz şəhərində keçirilib. Qalib komandanın hücumçusu Vladislav Supryaqa dubl edib, son nöqtəni isə yarımmüdafiəçi Georgi Sitaişvili qoyub. Koreyalıların heyətində Li Kan İn fərqlənib.

Ukrayna komandası turniri məğlubiyyətsiz başa vurub.

Terefsiz.az