Ukrayna hakimiyyəti Şimali Koreya ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
“Terefsiz.az” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, KXDR-in qondarma “DNR” və “LNR”i tanımasını Pxenyan tərəfindən Ukraynanın müstəqilliyinin suverenliyinə xələl gətirmək cəhdi kimi qiymətləndirilir.
“Şimali Koreya rejimi tərəfindən Donetsk və Luqansk rejimlərinin tanınması əhəmiyyətsizdir, hüquqi nəticələr verməyəcək və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək”, – Nazirlikdən bildirilib.
Qeyd edək ki, Ukrayna ilə Şimali Koreya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.