Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdiriblər.
“Terefsiz.az” xəbər verir ki, bu barədə bu ölkələrin rəsmiləri məlumat yayıb.
Ukrayna Prezident Ofisi və Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əsir mübadiləsi “50-nin 50-yə prinsipi” ilə baş tutub.
Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, qaytarılan Ukrayna hərbçilərindən 33-ü zabit, 17-si sıravi çavuşdur.
Rəsmi Moskva isə açıqlamasında bildirib ki, azad edilənlər Aerokosmik Qüvvələrin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə idarələrin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdırılacaq. Qaytarılan əsirlərin hansı rütbədə olduqları qeyd olunmayıb.