Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu alıb, Gürcüstana tövsiyə verilib

0
92

Avropa İttifaqı (Aİ) tərəfindən Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verilib.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.

O, Ukrayna və Moldova prezidentləri – Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.

TEREFSİZ.AZ