Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb

0
62

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko ABŞ senatoru Viktoriya Spartsın Kiyevə silah tədarükünə nəzarət mexanizminin işlənib hazırlanmasını tələb etdiyi Prezident Cozef Baydenə müraciətini yardım göstərilməsi mexanizmini sarsıtmaq cəhdi adlandırıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Oleq Nikolenko özünün fesybuk səhifəsində yazıb.

“Biz Spartsa məsləhət görürük ki, əsassız fərziyyələrlə özləri üçün əlavə siyasi divident qazanmaq cəhdlərini dayandırsınlar. Ukrayna əsilli konqresmenlərin Ukrayna və onun rəhbərliyi ilə bağlı manipulyasiyaları xüsusilə kinlidir”, – o yazıb.

Qeyd edək ki, ABŞ Ukraynaya əlavə 800 milyon dollar yardım ayıracaq.

terefsiz.az