Ukraynada azərbaycanlıya hökm oxundu

0
200

Ukraynanın Zaparojya vilayətinin Jovtnev rayon məhkəməsində taksidə yetkinlik yaşına çatmayan şəxsə hücum edən Azərbaycan vətəndaşına hökm oxunub.

Terefsiz.az xəbər verir ki, bununla bağlı Zaparojya vilayət prokurorluğu məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı qarət məqsədilə yeniyetməyə bıçaqla hücum edib və onun mobil telefonunu ələ keçirib. 

Məhkəmənin qərarı ilə azərbaycanlı beş il müddətinə azadlıqdan məhrum edilib.