Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb

0
92

Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 373 uşaq həlak olub. Eyni zamanda 721 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə “Terefsiz.az” Ukrayna Baş Prokurorluğun teleqramdakı paylaşımına istinadən xəbər verir.

Belə ki, Mariupolda 1 yaşdan 17 yaşa qədər daha 10 uşağın öldüyü məlum olub.

Bundan başqa, bir gün əvvəl Nikolayev rayonunun Voznesenskinin atəşə tutulması nəticəsində 3-8 yaşlarında olan daha 3 uşaq ağır yaralanıb.

Müharibə zamanı ən çox Donetsk vilayəti (387 uşaq-red), Xarkov (202 uşaq), Kiyev (116 azyaşlı), Çerniqov (68 uşaq), Nikolayev (64 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (41 uşaq) zərər çəkib.

terefsiz.az