Ukraynada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.
Terefsiz.az xəbər verir ki, 22 partiyanın iştirak etdiyi səsverməyə yerli vaxtla saat 20:00-da yekun vurulub.
Artıq seçkilərin yekunlarına dair milli “exit-poll”un nəticələri də açıqlanıb.
İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası – 43,9% səslə birinci yer tutub.
Rusiyameyilli “Müxalifətçi platforma – Həyat Uğrunda” 11,5% səslə ikinci olub.
Keçmiş prezident Pyotro Poroşenkonun “Avropa Həmrəyliyi” 8,9%-lə üçüncülüyü qazanıb.
Eks baş nazir Yuliya Timoşenkonun başçılıq etdiyi “Batkivşina” 7,6% səs toplaya bilib.
“Oken Yelzı” rok qrupunun solisti Svyatoslav Vakarçukun liderlik etdiyi “Səs” partiyası isə 6,3% səs toplayıb və 5%-lik baryeri keçməyi bacarıb.
Qeyd edək ki, bu, Ukraynada qarışıq (həm majoritar, həm də proporsional) qaydada keçirilən son parlament seçkiləri idi.
İstinad: Oxu.az
Terefsiz.az