Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub

0
146

Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub.

Bununla bağlı qanunu Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb. Ali Rada sənədi mayın 3-də qəbul edib.

Ukraynanın bəzi qanunvericilik aktlarına siyasi partiyaların qadağası ilə bağlı dəyişikliklər edilməsi haqqında qanun mayın 6-da imzalanmaq üçün Zelenskiyə göndərilib. Bu gün, mayın 14-də sənəd dövlət başçısının imzası ilə Radaya qaytarılıb.

Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirya teleqram kanalında rusiyayönlü partiyaların fəaliyyətini qadağan edən qanunun dərc olunduğu gündən qüvvəyə minəcəyini bildirib.

Xatırladaq ki, Rada mayın 3-də Ukraynada rusiyayönlü partiyaların fəaliyyətini qadağan edən qanun qəbul edib. Layihəni 330 deputat dəstəkləyib.

Qanun siyasi qüvvənin fəaliyyətini qadağan edən əsasların siyahısını müəyyən edir. Xüsusilə, əgər söhbət Rusiyanın başlatdığı müharibəyə haqq qazandırmaqdan və ya bu təcavüzdə iştirak edənləri tərifləməkdən gedirsə.

 

TEREFSİZ.AZ