Ukraynanın 4 vilayətində Rusiyaya birləşmək üçün referendum təyin edilib

0
75

Ukraynanın işğal altındakı 4 vilayətində Rusiya Federasiyasına birləşmək barədə referendum keçiriləcək.

Terefsiz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Xersondakı işğalçı rejimin qubernatoru Vladimir Saldo vilayətdə 23-27 sentyabr aralığında Rusiyaya birləşməklə bağlı referendum keçiriləcəyini söyləyib.

Analoji referendumun Zaporojye vilayətində, Luqansk və Donetsk vilayətlərində yaradıllmış separatçı “DXR” və “LXR”də keçiriləcəyi açıqlanmışdı.

terefsiz.az