Ukraynanın Baş naziri: “2022-ci ildə ÜDM azı 35% azalacaq”

0
60

“2022-ci ildə Ukraynanın ÜDM-i ən azı 35% azalacaq”.

“Terefsiz.az” xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib.

Dövlət Statistika Xidmətinin məlumatına görə, Ukraynanın ÜDM-i 2022-ci ilin birinci rübündə ötən ilin dördüncü rübündəki 6,1% artımla müqayisədə 15,1% azalıb.

Dünya Bankı bu il Ukraynanın ÜDM-nin 45,1% azalacağını proqnozlaşdırır.

terefsiz.az