Ukraynanın eks-prezidenti: “Türkiyə etibarlı müttəfiqdir”

0
95

“Türkiyə etibarlı müttəfiqdir”.

“Terefsiz.az xəbər verir ki, bunu Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko “Habertürk”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın hücumlarına ilk cavab məhz Türkiyə istehsallı PUA-larla verilib: “Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ordusunu Ukraynadan çıxarmağın və atəşkəsin yeganə yol olduğunu bildirib. Həmçinin Ərdoğan rus hərbi gəmilərinin Qara dənizdən keçməsinə icazə vermədi”.

P.Poroşenko vurğulayıb ki, bu il müharibəyə son qoyulmalıdır: “Eyni zamanda bu il Ukraynanın NATO-ya üzvlüyü müzakirə edilməlidir. Bu il Ərdoğan Kiyevə səfər edərsə, ciddi mesaj vermiş olar. Onun burada çox dostu var”.

Eks-prezident söyləyib ki, Rusiyanın bəyanatlarına inanmaq lazım deyil.

terefsiz.az