Ukraynanın yeni baş naziri bəlli oldu

0
252

Ukraynanın yeni baş naziri təsdiqlənib.

 

Terefsiz.az saytı xəbər verir ki, bu gün ölkənin Ali Radası təqdim olunmuş yeganə namizəd, Aleksey Qonçaruku səs çoxluğu ilə təsdiq edib.

O, minimum 226 səs toplamalı olduğu halda, 290 deputatın səsini qazanıb.

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, Ukrayna Prezidentinin aparat rəhbərinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

İstinad: Ria Novosti

 

Terefsiz.az