Ukraynaya “Leopard” tanklarının tədarükü üçün beynəlxalq koalisiya yaradılır.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat yayıb.
Polşa Prezidenti Anjey Duda Lvovda ukraynalı və litvalı həmkarları Volodimir Zelenski və Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib ki, koalisiya çərçivəsində bu tipli ilk tankları Ukraynaya təklif edəcək.
Qeyd edək ki, Litva və Polşa prezidentləri bu gün Ukraynanın Lvov şəhərinə səfər edib, Zelenski ilə görüşüblər.