Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılca və məxmərək xəstəliyi ilə bağlı epidemioloji nəzarət və immunlaşdırma tədbirlərini yüksək qiymətləndirib.

0
512
  • Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılca və məxmərək xəstəliyi ilə bağlı epidemioloji nəzarət və immunlaşdırma tədbirlərini yüksək qiymətləndirib.

    Terefsiz.az Trend-ə istinadən bildirir ki, ÜST-nin Azərbaycan üzrə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

    Onun sözlərinə görə, ÜST-nin ölkəmizə immunizasiya proqramı çərçivəsində səfər edən missiyası məxmərək və qızılca laboratoriyasının işinin təşkili, akkreditasiyası ilə maraqlanıb, epidemioloji nəzarət üzrə vəziyyətlə tanış olub. Ekspertlər bu sahədə işlərin ÜST-nin tövsiyəsinə uyğun həyata keçirildiyi qənaətinə gəliblər.

    Səfərlərini başa vuran ÜST ekspertləri təşkilatın ölkə ofisinin heyəti ilə birlikdə Səhiyyə Nazirliyi və digər müxtəlif dövlət qurumlarının nümayəndələri ilə də görüşüblər.
    C.Süleymanova əlavə edib ki, ekspertlər Səhiyyə Nazirliyinin tabeliyində olan məxmərək və qızılca laboratoriyasının işini də nəzərdən keçiriblər.

    Bu laboratoriyanın hər il ÜST tərəfindən akkreditasiyadan keçirildiyini deyən C.Süleymanova ekspertlər növbəti akkreditasiya üçün sənədlərin hazırlanmasına dəstək də göstəriblər.

    Xatırladaq ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb. Əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək.