Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.
“Terefsiz.az”ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:
– Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
– İnternat tipli lisey;
– İnternat tipli gimnaziya;
– İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
– İnteqrasiya təlimli ümumtəhsil məktəbi;
– Xüsusi ümumtəhsil məktəbi;
– İnternat tipli xüsusi ümumtəhsil məktəbi.
Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:
– Ümumtəhsil internat məktəbi;
– İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
– İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
– Xüsusi məktəb;
– Xüsusi internat məktəbi;
– İnteqrasiya təlimli internat tipli gimnaziya;
– Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.