“Unibank” gömrük xidməti göstərəcək.

0
155

Dövlət Gömrük Komitəsi (DGK) “Unibank” ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib.

 

TEREFSİZ.AZ saytı bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə gömrük xidməti göstərən bankların sayı 11-ə çatıb. Digər 10 bank “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Bank Respublika” “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Terefsiz.az