Unun qiymətinə dair monitorinqlərə 20-dən çox müəssisə cəlb olunub

0
138

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 20-dən çox yerli un istehsalı müəssisələrində gündəlik monitorinqlər aparır.

Məlumata görə, xüsusilə də çörək bişirilməsində ən çox istifadə olunan 50 kiloqramlıq əla növ unun topdansatış qiyməti monitorinq edilir. İri un istehsalçılarından topdansatış qiymətləri gündəlik əldə olunur və Dövlət Xidmətinin saytında yerləşdirilir.

Bundan başqa 1, 2, 5 kiloqramlıq qablaşdırılmış unun gündəlik qiyməti də ölkə üzrə şəbəkə və satış məntəqələrində monitorinq olunur. Bu monitorinqlərdə eləcə də, 50 kiloqramlıq unun pərakəndə satışına nəzarət tədbirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak edir.

Dövlət Xidməti eyni zamanda əksər iri çörək istehsalı müəssisələrində də monitorinqlər həyata keçirir, Bakıda və regionlarda ticarət obyeklərində də müxtəlif çörək növlərinin yəni, ənənəvi (dairəvi), doğranmış, paketlənmiş, təndir eləcə də qara çörəyin qiymətləri monitorinq edilir.

Monitorinqlərin əsas məqsədi mövcud bazarda cari məlumatların toplanılması və analitik təhlillərin aparılmasıdır. Məhz təhlillər aparıldıqdan sonra qanun pozuntusu aşkar olunduğu təqdirdə qanunamüvafiq tədbirlər həyata keçirilir.

terefsiz.az