Uşaq nə zaman psixoloqa getməlidir? Ailələr hansı problemlərdə uşağı psixoloqa aparmalıdırlar?
Psixoloqa getmək bir çox insan üçün hələ də çətindir və bu addımı nə zaman atmalı olduqlarını bilmirlər. Eyni zamanda bu proses bir ailə üçün də keçərlidir. Uşağı nə zaman və hansı problemlərdə psixoloqa aparmalı olduğunu bilməyən ailələr bir çox çətinliklərlə üz – üzə gəlirlər, problemləri çözmək üçün müəyyən yollardan istifadə edirlər. Başqa ailə və ya böyüklərdən məsləhət alırlar bəzən məsləhətlər üst – üstə belə düşmür bu zaman ailə daha da çıxılmaz vəziyyətə düşür və problem getdikcə dərinləşir. Valideynlər bu cür çıxılmaz hallarda qalmasın deyə mən bir neçə umumi simptomlar sayacam və bu problemlərlə üzləşən valideynlər vaxt itirmədən uşağını psixoloqa aparmalıdır .
1) qorxu və ya fobiyaları varsa;
2) davranış pozunutusu varsa;
3) hər şey üçün ağlayırsa;
4) təkliyə meyilliyi artıbsa;
5) nitq və ünsiyyət problemi yaşayırsa;
6) cəmiyyət içində davrana bilmirsə (utancaqlıq);
7) aqressiv və olduqca tələbkar davranırsa;
8) ana ve ata ilə güvənsizlik problemi yaşayırsa;
9) enurez (gecə alt islatma) varsa;
10) hipperaktiv və diqqət dağınıqlığı;
11) dırnaq yemək, barmaq əmmək;
12) kəkələmə;
13) yemək ve yuxu pozuntusu;
14) qısqanclıq;
15) cinsi istək və ya masturbasiya
ves problemlər seziriksə mütləq ilk növbədə psixoloqa gəlməliyik.
Ümumiyyətlə, uşağınızı ələxsus da 2-6 yas aralığında psixoloqa aparmaga səbəb olmasa belə siz bu müayinədən keçməklə Övladınız IQ səviyyəsini, inkişaf prosesini gələcəkdə yarana biləcək problemləri öncədən təyin etmək və ümumi psixoloji durumunu öyrənmək üçün də apara bilərsiniz.
” Uşaq psixoloqa gettiyini bilməlidirmi? ”
Bəzən valideynlər uşağı aldadaraq “həkim” ” müəllimə ” hətta ” xala ” ” əmi ” deyerek psixoloqa gətirirlər, bu bir mənalı olaraq, yalnış fikirdir . Uşaq psixoloqa gəldiyini , yaş və problemdən asılı olaraq, hansı səbəbə gəldiyini bilməlidir . Yaş və problemdən asılı olaraq, ifadəmə bir açıqlama gətirmək istəyirəm . Əgər övladımız 6/7 yaş qrupundadır və siz onun bəzi alışqanlıqlar ilə başa çıxa bilmirsiz (telefon, komputer, televizor asılılığı, söyüş söymək vəs ) Bu zaman təbii ki, biz uşağa – səni psixoloqa aparmaq səbəbi bu alışqanlıqlarını aradan qaldırmaqdır. Təbii ki, uşaq müəyyən kaprizlər edərək bu seanslara getmək istəməyəcəkdir.
Problem ve yaş qrupundan asılı olmayaraq, valideynlər uşaqlara ” Biz psixoloqa gedirik və o sənlə söhbət edəcək ” fikrini vurgulamalıdır. Valideynlərin ən böyük səhvlərindən biri də odur ki , uşaqlarda problemi sezdikde ya cəza metodları seçirlər, ya qohumlarla məsləhətləşirlər ves. Bu hallarda uşaq və valideyn arasında böyük uçurum olan güvənsizlik yaranır.
Sonda bir daha valideynlərinə uşağınızı psixoloqa gətirməkdən çəkinməməyi məsləhət görürəm.
Psixoloq İlahə Dəmirbəy