“Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı Qorxmaz Atakişiyev (1940-2019) bu gün evində ölü tapılıb.

0
472

” Uşaqlığın son gecəsi ” filminin Zauru evində ölü tapıldı.

Terefsiz.az -ın məlumatına görə, Q.Atakişiyev Kirayə yaşadığı mənzildə tək-tənha və acınacaqlı vəziyyətdə ömür sürürdü. Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub.

Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və FHN əməkdaşları xüsusi üsullarla qapını aça bilib.

Məlum olub ki, 79 yaşlı Q.Atakişiyev uzandığı divandan yıxılıb və yerindəcə keçinib. Meyidi üç gün yerdə qalıb.

Deyilənə görə övladları ilə münasibəti yaxşı deyildi.

Qorxmaz Atakişiyev aktyor olmayıb. Yalnız bir filmdə çəkilib. Əsasən elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.

Allah Rəhmət eləsin.