Sudanın Milli İctimai Səhiyyə Laboratoriyası münaqişə tərəflərindən birinin nəzarətinə keçib və buna görə də paytaxt Xartumda yüksək biotəhlükə riski var.
“Terefsiz.az” “Haber Global”a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edib.
ÜST qeyd edib ki, qarşıdurmaların və insan itkilərinin davam etdiyi Sudanın paytaxtında bioloji təhlükə mövcuddur.
Qeyd edək ki, Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar aprelin 15-dən davam edir. Ümumdünya Səhiyyə Təşkilatı Xartumdakı Milli İctimai Səhiyyə Laboratoriyasının ordu və hərbi qüvvələri tərəfindən ələ keçirildiyini, laboratoriya işçilərinin isə müəssisədən qovulduğunu açıqlayıb.
Laboratoriyada qızılca və vəba törədiciləri və digər təhlükəli maddələrin olduğunu bildirən ÜST laboratoriyanın hansı qüvvələrin nəzarətində olduğu barədə məlumat yaymayıb.
ÜST əməkdaşların laboratoriyaya daxil olmasına icazə verilməyib. Qeyd edilir ki, elektrik enerjisinin kəsilməsi laboratoriyadakı təhlükəli maddələrin təhlükəsiz saxlanılmasını mümkünsüz edib.