Ən çox narahatlıq doğuran hallardan biri də öskürəkdir. Öskürək əsasən qış aylarında, eləcə də qışdan yaza keçid dövründə virus infeksiyaları, soyuqdəymə zamanı yaranır və bəzən uzun zaman davam edir. Həkimlər hesab edir ki, öskürək bir çox amillərlə bağlı ortaya çıxır və buna adi hal kimi baxmaq olmaz.
Terefsiz.az e-tibb.az-a istinadən bildirir ki, öskürəyin əsas səbəblərdən biri tənəffüs yolu infeksiyaları sayılır.
Qışda və yazda tənəffüs yolları infeksiyaları səbəbindən öskürək yaranması halları kifayət qədər çox olur. Qripdən, zökəmdən başlayaraq, sətəlcəm, bronxit, laringit, otit (orta qulaq iltihabı), eləcə də digər tənəffüs yolu problemləri öskürək yarada bilir.
Öskürəyə səbəb olan amillərdən biri də astmadır. Tənəffüs yollarında şişmə və daralma yaradan bu xəstəlik quru öskürəyin ən geniş yayılan səbəblərindən biridir. Kəskin dövlərində xəstəlik zamanı bəlğəmli öskürək də yaranır və cidi nəfəs darlığı meydana gəlir.
Allegiyalar da xroniki öskürək yaradır. Öskürəklə yanaşı asqırma, burundan axıntı, gözlərdə sulanma allergik reakisyalardan xəbər verir.
Xroniki öskürək nadir hallarda ağciyər xərçənginin səbəbi ola bilir. Belə hallarda öskürəyə bəzən qanlı bəlğəm də əlavə olunur.
Mütəxəssislər ələlxüsus da siqaret çəkən şəxslərdə öskürən zaman yaranan dəyişikliklərə mütləq diqqətlə yanaşmağı tövsiyə edirlər.
Öskürəyə səbəb olan problemlərdən biri də ürək çatışmazlığıdır.
Ən çox da gecələr kürəyi üstdə yatan zaman başlayan öskürək buna dəlalət edir. Nəfəs almada çətinlik yaranması səbəbindən belə şəxslər çox zaman oturaraq yatmağa məcbur olurlar.
Bəzi dərmanların təsirindən də öskürək yaranır. Ürəyin ritm pozğunluğu, hipertoniya kimi xəstəliklərdə qəbul edilən dərmanlar kəskin öskürəyə səbəb olur. Hətta bəzən bu, dərmanların fəsadı kimi bir neçə il sonra da ortaya çıxır. Belə öskürəklər dərmanlar kəsiləndən sonra aradan qalxır.
Öskürək səbəblərindən biri də reflükslərdir (mədə, mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə qayıtması). Həmçinin reflküs gizli inkişaf edən başqa xəstəliklərlər birgə də öskürək yarada bilir. Haymorit-sinusit də öskürəyə səbəb olan amillərdən biridir. Bu problem ən çox gecələr öskürək yaradır. Bu hal müalicə olunmasa, öskürəyin xronikiləşməsinə, boğaz ağrısına, səsin batmasına səbəb olur.
Qulaqda yaranan bir sıra problemlər, eləcə də qulaq kiri də öskürək yaradır. Qulaq kiri təmizləndikdən sonra öskürək də aradan qalxır.
Bundan başqa, ağciyərdə yaranan digər problemlər də öskürəyə səbəb olur…