VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

0
195

Terefsiz.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər-Rayon Polis Şöbəsində qəbul edəcəkdir.
Bu haqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
TEREFSİZ.AZ