Vertonqenin durumuna aydınlıq gəldi

0
246

Tottenham-in Çempionlar Liqasının yarımfinalının Ajax-la ilk oyununda zədələnən futbolçusu Yan Vertonqenin durumuna aydınlıq gəlib.

Terefsiz.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda, Vertonqenin zədəsinin ciddi olmadığı bildirilib.

Belçikalı müdafiəçi bir müddət istirahət etdikdən sonra komandayla birgə məşqlərə qoşulacaq.

Tottenham – Ajax matçının (0:1) 39-cu dəqiqəsində hava mübarizəsində üzünə zərbə alan Vertonqen, oyunu tərk etmək məcburiyyətində qalmışdı. Komandalar arasındakı cavab matçı mayın 8-də keçiriləcək.