Vilayət Eyvazovun keçmiş vəzifəsinə – TƏYİNAT

0
183

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

Terefsiz.az saytı xəbər verir ki,, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. 

S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  

DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.

Terefsiz.az