Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Terefsiz.az -ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə S.Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
İstinad: Oxu.az